Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda görüş keçirilib - FOTOLAR

Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda görüş keçirilib<font color=red> - FOTOLAR</font> Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda görüş keçirilib<font color=red> - FOTOLAR</font> Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda görüş keçirilib<font color=red> - FOTOLAR</font> Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda görüş keçirilib<font color=red> - FOTOLAR</font>

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda keçirilən görüşdə Türkiyə Respublikasının Ticarət nazirinin müavini Sezai Uçarmakın və Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Tərəflər təhlükəsizlik, hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin nəqliyyat və yük axınlarının sərhədkeçmə, gömrük nəzarəti proseslərinin sürətləndirilməsi, bu sahədə qarşıya çıxan məsələlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Türkiyə-İran sərhədindəki Gurbulaq-Bəzirgan sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr səbəbilə Naxçıvan üzərindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayının kəskin artması və iki ölkə sərhədində yaranan müvəqqəti sıxlıqların operativ şəkildə aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli idarə edilməsinə dair məsələlər müzakirə olunub.

Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunun mövcud infrastrukturu ilə də yaxından tanış olublar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM