satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Naxçıvanda gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Muxtar Respublika Hidrometeorologiya Xidmətindən NTV-yə verilən məlumata görə, mayın 29-dan 31-i gündüzədək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır.

Bildirilib ki, yağıntının bəzi ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Qeyd edilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Həmçinin qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s təşkil edəcəyi, ayrı-ayrı yerlərdə arabir 25 m/s-dək güclənəcəyi bildirilib.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar muxtar respublika ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı düşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM