satellite   Azerspace-1: 11135 H 30000

DİN və DSX İranla sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb - FOTOLAR

DİN və DSX İranla sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb<font color=red> - FOTOLAR</font> DİN və DSX İranla sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb<font color=red> - FOTOLAR</font> DİN və DSX İranla sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb<font color=red> - FOTOLAR</font>

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə NTV-yə qurumların mətbuat xidmətindən məlumat daxil olub.

Qeyd olunub ki, mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM