satellite   Azerspace-1: 11135 H 30000

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulacaq

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulacaq

2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə həyatını itirənlərin xatirəsinə abidə qoyulacaq.

NTV xəbər verir ki, bu barədə “NewTimes.kz” nəşri məlumat yayıb.

Yerli icra hakimiyyətinin məlumatına görə abidə yerli sakinlərin təşəbbüsü ilə tikiləcək. Artıq sözügedən ərazi hasara alınıb və yaxınlıqda skamyalar yerləşdirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onlar ll Fəxri xiyabanda dəfn ediliblər.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM