Ulduz futbolçu Azərbaycan millisi ilə oyunda rekorda imza atıb

Ulduz futbolçu Azərbaycan millisi ilə oyunda rekorda imza atıb

Belçika millisinin və İtaliyanın "Roma" klubunun hücumçusu Romelu Lukaku Avropa çempionatlarının seçmə mərhələləri tarixində rekorda imza atıb.

NUHÇIXAN xəbər verir ki, 30 yaşlı hücumçu buna “Avro-2024”ün seçmə mərhələsində evdə Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldikləri oyunda 4 qol vurmaqla nail olub.

Seçmə mərhələlərdəki qollarının sayını 14-ə çatdıran təcrübəli forvard bu göstərici ilə portuqaliyalı Kriştianu Ronaldu (10 qol), ingiltərəli Harri Keyn (12 qol) və polşalı Robert Levandovskini (13 qol) geridə qoyub.

Qeyd edək ki, Romelu Lukaku "Kinq Boduen” stadionunda oynanılan görüşün 17-ci, 26-cı, 30-cu və 37-ci dəqiqələrində fərqlənib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM