Beynəlxalq Üzgüçülük Federasiyası Budapeştə köçürülür

Beynəlxalq Üzgüçülük Federasiyası Budapeştə köçürülür

Budapeştdə imzalanmış sazişə uyğun olaraq, Beynəlxalq Üzgüçülük Federasiyasının mənzil-qərargahı Lozannadan Budapeştə köçürüləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Federasiyanın prezidenti Hüseyn Əl-Müsəllam ilə sazişin imzalanmasının yekunlarını şərh edərkən bildirib.

“Federasiya rəhbərliyinin niyyətləri açıq-aydındır, indi mənzil-qərargahın Budapeştə köçürülməsi üçün yalnız Konqresin təsdiqi tələb olunur”, - deyə Siyarto vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan 1908-ci ildə Beynəlxalq Üzgüçülük Federasiyasının səkkiz təsisçi üzvündən biri olub. Nazir macarların beynəlxalq yarışlarda su idman növlərində uğurlarını qeyd edib.

“Federasiyanın Budapeştə köçürülməsi Macarıstanın yüksək səviyyədə tanınmasına töhfə verəcək”, - deyə Siyarto bildirib. O əlavə edib ki, mənzil-qərargahdakı vakansiyaların ən azı yarısı macarlar tərəfindən tutulacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM