“Bakcell Arena” ilk dəfə Azərbaycan kuboku yarışlarının finalına ev sahibliyi edəcək

“Bakcell Arena” ilk dəfə Azərbaycan kuboku yarışlarının finalına ev sahibliyi edəcək

Futbol üzrə Azərbaycan kuboku yarışlarının final matçı Bakıdakı “Bakcell Arena”da baş tutacaq. “Neftçi” – “Qəbələ” qarşılaşmasının məkanı ilk dəfə həlledici görüşə ev sahibliyi edəcək.

NUHÇIXAN xəbər verir ki, əvvəlki 28 finala 7 stadion ev sahibliyi edib. “Bakcell Arena” bu siyahıda 8-ci olacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda daha çox – 18 belə matç keçirilib. Qəbələ şəhər stadionunda 3 final təşkil edilib.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan Muxtar Respublika Stadionunun hərəsində iki, “Şəfa” (indiki “ASK Arena”), “Dalğa Arena” və “Bank Respublika Arena”da bir dəfə kubokun qalibi müəyyənləşib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 2001-2002 və 2019-2020-ci il mövsümləri yarımçıq qalıb, 2002-2003-cü il mövsümü keçirilməyib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM