Azərbaycan kuboku yarışlarında maraqlı final statistikası

Azərbaycan kuboku yarışlarında maraqlı final statistikası

Futbol üzrə Azərbaycan kuboku yarışlarının əvvəlki 28 finalında yeddi müxtəlif hesab qeydə alınıb.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır.

İndiyədək doqquz görüş 1:0 hesabı ilə yekunlaşıb. Yeddi matçda 2:1, beş qarşılaşmada 2:0, üç görüşdə 1:1, iki oyunda 0:0, bir dəfə isə 3:1 və 3:0 qeydə alınıb.

Həmçinin indiyədək 12 final qarşılaşmasında əlavə vaxta ehtiyac duyulub. Bunlardan 7-də qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.

Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının 2022/2023-cü il mövsümünün final oyunu iyunun 3-də “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM