Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin birinci günündə Azərbaycan millisi iki medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, turnirin birinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxıb və onlardan ikisi mükafatçılar sırasında yer alıb.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Kamran Süleymanov finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzaraq gümüş medalla kifayətlənib.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ispaniyalı Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.
Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.