“Qarabağ” klubu sloveniyalı qapıçı ilə maraqlanır

“Qarabağ” klubu sloveniyalı qapıçı ilə maraqlanır

Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Maribor” komandasında çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağdam təmsilçisi ilə yanaşı, ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

“Maribor” hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

Qeyd edək ki, A.Yuq 2020-ci ildən “Maribor”un formasını geyinir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM