Çempionlar Liqası: "Bavariya"nın əsas futbolçularından biri PSJ ilə oyunu buraxacaq

Çempionlar Liqası: "Bavariya"nın əsas futbolçularından biri PSJ ilə oyunu buraxacaq

Almaniyanın "Bavariya" klubunun futbolçusu Sadio Mane Fransada PSJ-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı vinger zədəsini tam sağaltmadığı üçün meydana çıxa bilməyəcək.

Seneqallı oyunçu Qətərdə keçirilmiş dünya çempionatından əvvəl sıradan çıxmışdı.

Qeyd edək ki, PSJ - "Bavariya" görüşü fevralın 14-də gerçəkləşəcək. Cavab qarşılaşması martın 8-də baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM