DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib

DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM