Şahbuzda gənclər üçün təlim keçirilib - FOTOLAR

Şahbuzda gənclər üçün təlim keçirilib<font color=red> - FOTOLAR</font> Şahbuzda gənclər üçün təlim keçirilib<font color=red> - FOTOLAR</font>

Gənclərin şəxsi inkişafına dəstək məqsədilə keçirilən tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şahbuz rayonunda yaşayan gənclər üçün keçirilən motivasiyayönümlü təlimdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Digər çıxışlardan sonra təlimçi-psixoloq Əsmər Səfərovanın təqdimatında təlimə start verilib. Təlimdə pozitiv yanaşmanın, bu yöndə yaradılan düşüncələrin insan həyatına və fəaliyyətinə qatdığı faydalardan danışılıb, şəxsi bacarıqların kəşf edilməsi, özünə inamın artırılması, stresdən uzaqlaşmağın yolları və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.

Diskussiya şəklində keçən təlimdə gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmaqla müvafiq məsələlər üzrə həll üsulları diqqətə çatdırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM