UEFA Millətlər Liqası: Slovakiya və Azərbaycan milliləri start heyətlərini açıqlayıblar

UEFA Millətlər Liqası: Slovakiya və Azərbaycan milliləri start heyətlərini açıqlayıblar

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacaq Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Slovakiya millisinin start heyətində Marek Rodak, Lübomir Şatka, Kristian Vallo, Laslo Beneş, Robert Bojenik, Milan Şkrinyar, David Qantsko, Martin Reqali, Erik Yirka, Matuş Bero və Stanislav Lobotka yer alıblar.

Azərbaycan yığmasının heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Riçard Almeyda və Ozan Can Kökçü çıxacaqlar.

Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM