UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviçin “Nant” komandasına vurduğu qolu fərqləndirib

UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviçin “Nant” komandasına vurduğu qolu fərqləndirib

UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviçin Avropa Liqasının G qrupunun ikinci tur oyununda Fransanın “Nant” komandasına vurduğu qolu fərqləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı turnirin sosial şəbəkə hesablarında paylaşım edilib. Monteneqrolu yarımmüdafiəçinin fərqləndiyi epizodun paylaşıldığı videonun üzərində bu sözlər yazılıb: “Marko Yankoviç tərəfindən güc və dəqiqlik”.

Qeyd edək ki, “Qarabağ” Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəlib. Futbolçu matçda sonuncu qolun müəllifi olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM