İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb

İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kamerun yığmasına 3:1 (29:31, 25:12, 25:8, 28:26) hesabla qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, B qrupunda çıxış edən yığmamız 3 oyunda 3 qələbə qazanıb. Belə ki, bundan əvvəl - avqustun 8-də Seneqal - Azərbaycan və 10-da Əfqanıstan - Azərbaycan qarşılaşmaları 0:3 hesabı ilə başa çatıb.

Xəbər lenti
Çox oxunan xəbərlər