Daha üç güləşçimiz İslamiadanın finalına vəsiqə əldə edib - FOTOLAR

Daha üç güləşçimiz İslamiadanın finalına vəsiqə əldə edib<font color=red> - FOTOLAR</font> Daha üç güləşçimiz İslamiadanın finalına vəsiqə əldə edib<font color=red> - FOTOLAR</font> Daha üç güləşçimiz İslamiadanın finalına vəsiqə əldə edib<font color=red> - FOTOLAR</font>

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Belə ki, Eldəniz Əzizli (55 kq) yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1, Rafiq Hüseynov (82 kq) türkiyəli Emrah Kuşana 2:1, Elis Manolova (65 kq) isə kamerunlu Berte Emilyeyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) uğurla çıxış edərək finala çıxıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM