Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb

Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb

Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, klubun baş direktoru Con Torrinqton yaxın günlərdə futbolçunun təlim-məşq toplanışına qoşulacağını deyib. Futbolçu “Los-Anceles”in heyətində ilk oyununu iyulun 9-da keçirəcək. Rəqib isə “Los-Anceles Qelaksi” komandası olacaq. Hücumçunun ABŞ-da karyerası Kaliforniya derbisi ilə başlayacaq.

Qeyd edək ki, cari ilin yayınadək Q.Beyl “Real Madrid” klubunun şərəfini qoruyub və 258 matçda meydana çıxıb. Uelsli futbolçu bu müddət ərzində 106 qol vurub və 67 məhsuldar ötürmə edib. Q.Beyl Madrid təmsilçisini azad agent statusunda tərk edib.

Xəbər lenti
Çox oxunan xəbərlər