İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda macarıstanlı şahmatçı ilə qarşılaşacaq

İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda macarıstanlı şahmatçı ilə qarşılaşacaq

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2 xalla 6-8-ci yerləri bölüşür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM