Avropa çempionatı: İrina Zaretska ilk görüşündə məğlub olub

Avropa çempionatı: İrina Zaretska ilk görüşündə məğlub olub

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 68 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində fransalı Alizi Agierlə üz-üzə gəlib.

İlk qarşılaşmasındaca rəqibinə 1:3 hesabı ilə məğlub olan Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışla vidalaşıb.

84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosa qalib gəlsə də, növbəti raundda Ukraynanı təmsil edən Rizvan Talıbova yenilib.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Bu gün 7 karateçi mübarizəyə qoşulub.

Xəbər lenti
Bir şəhərin monoloqu

12:39 29.06.2022

Çox oxunan xəbərlər