XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb

XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

37 yaşlı forvard karyerası ərzində 60 dəfə buna nail olub.

Fransa PSJ-sində çıxış edən Argentina yığmasının ulduz futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və "İqlz" klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.

İlk "5-liy"i Almaniya "Bavariya"sında çıxış edən polşalı Robert Levandovski (30) və İspaniyanın "Atletiko" (Madrid) komandasından uruqvaylı hücumçusu Luis Suares (29) qapayır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM