satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı 2026-nın ilk qolu vurulub

Dünya çempionatı 2026-nın ilk qolu vurulub

Futbol üzrə 2026-cı il dünya çempionatının ilk qolu vurulub.

NTV xəbər verir ki, A qrupunda keçirilən Meksika - Cənubi Afrika Respublikası (CAR) oyununda ev sahibləri hesabı açıb.

Doqquzuncu dəqiqədə Yuilan Quinones diqqət mərkəzinə düşüb - 1:0.

23:10

Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.

NTV xəbər verir ki, mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun 12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM