satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Dünya Millətlər Kuboku start götürəcək.

Boks Federasiyasından NTV-yə bildirilib ki, ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisi də mübarizə aparacaq.

Dünya Millətlər Kubokunda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kiloqram), Nihat Məmmədli (48 kiloqram), Rüstəm Nəsibov (50 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Elcan Musazadə (54 kiloqram), Əli Camalzadə (57 kiloqram), Əli Abaslı (60 kiloqram), Vəkil Qurbanov (63 kiloqram), Hidayət Məmmədov (70 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Şükar Əliyev (80 kiloqram) və Mehran Rəsulova (+80 kiloqram) qüvvələrini sınayacaqlar.

Bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Yarışda final döyüşləri iyunun 14-də olacaq. Ölkəmizi turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM