Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 2009–2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyi keçirilib. Yarış proqramına 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələr üzrə qaçış, 4x100 metr estafet, eləcə də hündürlüyə və uzunluğa tullanma növləri daxil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NTV-yə verilən məlumata görə, birincilikdə Naxçıvan Muxtar Respublikasını 2 məşqçi və 8 idmançı təmsil edib. İdmançılardan üçü mükafatçılar sırasına düşüb. Namiq Babayev 1500 metr məsafədə birinci, 800 metr məsafədə üçüncü yerə layiq görülüb. Aysel Hüseynova 3000 metr məsafədə ikinci olub. Ofeliya Süleymanlı isə həm 1500, həm də 3000 metr məsafələrdə üçüncü yeri tutub.
