"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.
NTV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi Vinçenzo İtalyano ilə müqavilə imzalayıb. İtaliyalı mütəxəssislə sazişin müddəti 2027/28 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Vinçenzo İtalyanonun son iş yeri "Bolonya" klubu olub.
