satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar - FOTOLAR

Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib. Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 28 klubdan ümumilikdə 300-dən çox idmançı iştirak edib. 

Yarışda Naxçıvanın “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribovun  rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayıb. Turnirin qala gecəsində “low-kick” və “K1” növləri üzrə çıxış edən klub idmançıları uğur qazanıblar. Müvafiq növ və çəki kateqoriyasında mübarizə aparan Yusif Qəribli (71 kq), Nurlan Yasinli (70 kq), İbrahim Bağırlı (57 kq), Hüseyn Bərbudov (37 kq), Nicat Quliyev (26 kq) və Samir Əliyev (26 kq) qala gecəsinin qalibi qismində kuboka layiq görülüblər.  

Tədbir Milli Qəhrəman Asif Məhərrəmovun xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik ruhunun təbliği və ölkəmizdə kikboksinq idman növünün inkişafına dəstək məqsədi daşıyıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM