Naxçıvan karateçiləri Bakıda keçirilən turnirdə uğurla çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məluçata görə, Azərbaycan Karate Federasiyası və “Badamlı” karate klubunun təşkilatçılığı ilə şito-ryu karate üslubu üzrə “Badamlı Kuboku” turniri keçirilib. Yarışda U10, U12, U14, U16 və U18 yaş qrupları və müvafiq çəki dərəcələri üzrə 300-ə yaxın idmançı iştirak edib.
Turnirdə Naxçıvanın “Qapıçıq” karate-do idman klubunun idmançıları uğurla çıxış edərək 1 qızıl və 2 gümüş medal əldə ediblər.
Klubun idmançılarından Nizami Orucov (55 kq) 1-ci liqa yarışında 1 qızıl və 1 gümüş medal qazanıb. Yusif Orucov isə (30 kq) 2-ci liqada gümüş medalçı olub.
