satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub

UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

NTV-nin məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM