satellite   Azerspace-1: 11135 H 30000

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib

Bu il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib.

Beynəlxalq Çövkən Federasiyasından NTV-nin sorğusuna cavab olaraq bildirilib ki, yarış iyunun 7-14-də Binə Atçılıq Mərkəzində təşkil olunacaq.

Daha əvvəl turnirin iyunun 1-14-də keçiriləcəyi qeyd edilmişdi.

Mundialda ümumilikdə 10 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.

Xatırladaq ki, bu, Azərbaycanda çövkən üzrə təşkil ediləcək 2-ci dünya çempionatı olacaq. Ölkəmiz bu yarışa daha əvvəl 2024-cü ildə ev sahibliyi edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM