"Barselona" argentinalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

"Barselona" argentinalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

İspaniyanın "Barselona" klubu "Betis"in argentinalı yarımmüdafiəçisi Quido Rodrigeslə ilkin müqavilə imzalayıb.

NUHÇIXAN "TyC Sports"a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu kataloniyalılara iyunda azad agent kimi qoşulacaq.

Rodrigesin "Jirona"ya qayıdacağı deyilən Oriol Romeunun yerinə transfer olunduğu bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının qalibi olan Q.Rodriges 2020-ci ilin yanvarından “Betis”in formasını geyinir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM