Karlo Ançelotti Aleks Ferqyusonun rekordunu qırıb

Karlo Ançelotti Aleks Ferqyusonun rekordunu qırıb

İspaniyanın "Real" klubunun baş məşqşisi Karlo Ançelotti yeni rekorda imza atıb.

NUHÇIXAN-ın məlumatına görə, 64 yaşlı mütəxəssis buna Almaniyanın "Bavariya" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyununda nail olub.

Bu, onun turnirdə (ÇL və Avropa Kuboku) 203-cü qarşılaşmasıdır.

Beləliklə, Ançelotti "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusonu (202) geridə qoyub.

İlk "5-lik"də Arsen Venger (190), Pep Qvardiola (171) və Joze Mourinyo da (151) var.

Qeyd edək ki, Almaniyada "Bavariya" ilə 2:2 hesablı heç-heçə edən "Real" finala yüksəlib. Komanda iyunun 1-dəki həlledici matçda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM