ABŞ-dən olan boksçunun titulu əlindən alınıb

ABŞ-dən olan boksçunun titulu əlindən alınıb

Dünya Boks Şurasının (WBC) orta çəkidə çempionu Cermall Çarlo titulundan məhrum edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə WBC bəyanat yayıb.

ABŞ-dən olan boksçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə və daha sonra polisin dayanmaq əmrinə məhəl qoymadığına görə bu aqibətlə üzləşib.

WBC dominikanlı Karlos Adamesi orta çəkidə çempion elan edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM