Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.

Naxçıvan televiziyası xəbər verir ki, günün yeganə oyununda çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Sivasspor"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətində Fred açıb. 58-ci dəqiqədə Fode Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə İrfan Can Kahvəci komandasını önə keçirib. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə penaltidən Ray Manaj müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. "Sivasspor" isə 45 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM