Naxçıvan şəhərində "Yaşıl dünya könüllüləri"nin həmrəylik yürüşü keçiriləcək

Naxçıvan şəhərində "Yaşıl dünya könüllüləri"nin həmrəylik yürüşü keçiriləcək

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq yürüş 22 Aprel – Beynəlxalq Yer Kürəsi Gününə həsr olunub. Bu aksiya cəmiyyətin təbiətə münasibətinə, ümumilikdə ekosistemin qorunmasındakı roluna diqqət çəkmək, məlumatlandırma və maarifləndirmə məqsədlərinə xidmət edir.  Bununla gənclər "Yaşıl dünya naminə həmrəylik ili"nə də töhfə vermək istəyindədirlər.

Aksiya çərçivəsində iştirakçılar Heydər Əliyev Muzeyinin önündən hərəkətə başlayacaq. Onlar ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə ilə bağlı məlumatlandırıcı və təşviqedici plakatlarla Zəfər Parkınadək irəliləyəcəklər. Hərəkət marşrutunun sonunda gənclərin çağırış xarakterli çıxışı nəzərdə tutulub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM