Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubu bəlli olub.

NUHÇIXAN xəbər verir ki, 33 yaşlı hücumçu İndoneziyanın "Qresik Petrokimya" komandasına keçib.

P.Rəhimova son olaraq Türkiyə təmsilçisi "Karayolları"nın formasını geyinib.

O, daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliya çempionatlarında da çıxış edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM