Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib - FOTOLAR

Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, “Çinar Yayımları” nəşriyyatının dəstəyi ilə 20 Noyabr-Ümumdünya Uşaq Günündə şəhid və qazi övladlarına məktəbli ləvazimatları təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, şanlı Zəfər tariximizin yazılmasında canından keçən şəhidlərimizin və qazilərimizin övladları daim dövlətimizin diqqət mərkəzindədirlər. Bu istiqamətdə bütün təşəbbüslərimiz onların savadlı, vətənpərvər bir vətəndaş kimi böyüməsinə həsr olunub. Gələcəkdə də onların təhsilli, vətənpərvər kadr kimi formalaşmasında əlimizdən gələni edəcəyik.

“Naxçıvan Qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov şəhid və qazi övladlarının hərtərəfli dövlət dəstəyi ilə əhatə olunduğunu qeyd edib. Gələcəyimizin təminatı olan şagirdlərə elm yolunda uğur arzu edib, tədbirin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra “Çinar Yayımları”nın baş redaktoru Əli Hənifəyev çıxış edərək bildirib ki, şəhid və qazi övladlarının təhsilinə dəstək olmaq, onların yaxşı nəticələr əldə etməsi üçün layihələr reallaşdırmaq qürurverici hissdir. Baş redaktor gələcəkdə bu məqsədlə reallaşdırılacaq layihələrdən bəhs edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təhsildə ən yaxşı nəticə əldə edən şagirdlər üçün tələbə təqaüdü təsis ediləcək.

Sonra şəhid Elməddin Meydanovun övladı Yusif Meydanlı çıxış edərək minnətdarlığını bildirib.

Sonda 20 şəhid və qazi övladına məktəbli ləvazimatları təqdim edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM