Təkrar sertifikasiyadan keçə bilməyənlər arasında ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinə baxılacaq

Təkrar sertifikasiyadan keçə bilməyənlər arasında ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinə baxılacaq

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.

NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: "Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki, təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır".

Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM