Naxçıvanda IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib

Naxçıvanda IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun NUHÇIXAN-a verdiyi məlumata görə, Naxçıvan şəhərində keçirilən imtahan saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib. Naxçıvan şəhərindəki 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 36 zalda keçirilib.

İmtahanın keçirilməsinə 6 imtahan rəhbəri və 44 nəzarətçi cəlb olunub, 445 abituriyent iştirak edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM