AMEA Naxçıvan Bölməsində “28 May Müstəqillik Günüdür" mövzusunda tədbir keçirilib - FOTOLAR

AMEA Naxçıvan Bölməsində “28 May Müstəqillik Günüdür" mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsində “28 May Müstəqillik Günüdür" mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilib, müstəqil dövlətçilik atributları yaradılıb, Azərbaycan dili dövlət dili elan edilib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Bildirilib ki, həmin dövrdə Naxçıvan daxili və xarici maraqların toqquşduğu əraziyə çevrilmişdi. Fürsətdən istifadə edən ermənilərin işğal planları isə vəziyyəti daha da çətinləşdirirdi. Belə bir vəziyyətdə - 1918-ci ilin noyabrında Naxçıvanda yaradılan Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını alıb və tarixi Azərbaycan torpaqlarını qoruyub saxlayıb. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Naxçıvanla bağlı mövqeyi və yerli sakinlərin siyasi iradəsi isə sonrakı dövrdə Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət statusu qazanmasında mühüm rol oynayıb.

İsmayıl Hacıyev bildirib ki, XX əsrin əvvəllərində milli hökumətimizin keçdiyi şərəfli yol əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaradıb. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan Muxtar Respublikası olub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas edib, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılıb. Tarix göstərdi ki, ümummilli liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Nilufər Ağayeva “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürur mənbəyidir” mövzusunda məruzə ilə çıxış edib.

 

Mahmud Hüseynov

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM