DİM buraxılış imtahanlarından azad edilən şəxslərin sayını açıqlayıb

DİM buraxılış imtahanlarından azad edilən şəxslərin sayını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilən şəxslərin sayını açıqlayıb.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM