NDU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresə qatılıb - FOTOLAR

NDU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresə qatılıb<font color=red> - FOTOLAR</font> NDU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresə qatılıb<font color=red> - FOTOLAR</font> NDU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresə qatılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti Türkiyənin Antalya şəhərində Türk Qastroenterologiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən “39-cu Beynəlxalq Qastroenterologiya həftəsi və 10-cu Qastroenterologiya Cərrahiyyə Konqresi”ndə iştirak ediblər.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dünyanın 20-dən çox ölkəsindən 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqres dünya qastroenteroloqlarını, universitet və dərnəklərini bir araya gətirərək, müasir texnologiyalar, müayinə və müalicə üsullarını təhlil edib. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb.  

Konqres gələcəkdə NDU-da canlı heyvanlar üzərində aparılan əməliyyatların  simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn kursların təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, həmçinin bu sahədə qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tibbin aktual sahələrinə dair elmi araşdırmalarının tibb təhsilinə innovasiyası baxımından böyük əhəmiyyət daşıyır.

Tələbə və rezidentlərin xarici ölkələrdə kurs keçmələrini dəstəkləyən konqres çərçivəsində Naxçıvan Dövlət Universitetinin uzun müddət əməkdaşlıq etdiyi İzmit Kocaeli Universiteti, eyni zamanda Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları ilə görüşlər keçirilib.

Qeyd edək ki, NDU I Beynəlxalq Tibbi Forum çərçivəsində Türk Qastroenterologiya Dərnəyi ilə birgə əməkdaşlıq edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM