DİM: Üçüncü ixtisas qrupunda TC altqrupu üzrə 1645 plan yeri nəzərdə tutulur

DİM: Üçüncü ixtisas qrupunda TC altqrupu üzrə 1645 plan yeri nəzərdə tutulur

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, III ixtisas qrupunda (TC altqrupu) Azərbaycan bölməsi üzrə 1165, rus bölməsi üzrə 225 olmaqla cəmi 1645 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 255 yerdir. 280 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.

Qeyd edək ki, filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Xatırladaq ki, hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM