Şagirdlər “STEAM Yay Məktəbi”ndə iştirak edirlər - FOTOLAR

Şagirdlər “STEAM Yay Məktəbi”ndə iştirak edirlər<font color=red> - FOTOLAR</font> Şagirdlər “STEAM Yay Məktəbi”ndə iştirak edirlər<font color=red> - FOTOLAR</font> Şagirdlər “STEAM Yay Məktəbi”ndə iştirak edirlər<font color=red> - FOTOLAR</font>

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi” təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 28-də Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi”nin açılışı olub. Açılış tədbirində təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb.

Sərəncamdan qısa müddət keçməsinə baxmayaraq 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Hazırda 4-cü layihə icra olunur. Əlavə olaraq 50 ümumtəhsil məktəbində də kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir, Naxçıvan şəhərində isə STEAM Təlim-Tədris Mərkəzi qurulur.

Rəhman Məmmədov diqqətə çatdırıb ki, cari tədris ilində Naxçıvanda ilk dəfə olaraq “STEAM təhsili: reallıqlar və perspektivlər” beynəlxalq elmi-praktik konfrans, şagird və tələbələrin iştirakı ilə “STEAM Təhsil Festivalı” keçirildi. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq festivalda 640 şagird 204 layihə ilə iştirak etdi. Bunlar isə muxtar respublikada STEAM təhsilinin uğurlu tətbiqinin əsas göstəriciləridir.

Təhsil naziri “STEAM Yay Məktəbi”nin iştirakçılarına uğurlar arzulayıb.

STEAM üzrə təlimçilər Ceyran Məmmədova və Fuad Babayev “STEAM yay məktəbi” barədə məlumat verərək bildiriblər ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin istifadəsi üçün 20 ədəd notebook, 5 ədəd 3D printer və çap materialı, 10 ədəd arduino və 20 ədəd mikro:bit dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılıb.

Qeyd olunub ki, 28-30 iyun tarixlərində keçirilən "yay məktəbi"nin proqramı üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaq, onlara micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər istiqamətlərdə praktik biliklər veriləcək. Təlimi uğurla başa vuran şagirdlər sertifikatla təmin ediləcəklər.

 

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM