“Naxçıvan” Universitetində konfrans keçirilib - FOTOLAR

“Naxçıvan” Universitetində konfrans keçirilib<font color=red> - FOTOLAR</font> “Naxçıvan” Universitetində konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Tariximizin öyrənilməsində arxivlərin rolu” mövzusunda konfrans keçirilib.

Konfransda universitetin rektoru Nurlana Əliyeva “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edib, proqramda təhsil və elm müəssisələrinin də qarşısına vəzifələr qoyulduğunu diqqətə çatdırıb.

Rektor vurğulayıb ki, əsrlərin həqiqətlərini üzə çıxaran, tariximizi, dövlətlər arasında münasibətləri, görkəmli şəxsiyyətlərin fəaliyyətlərini olduğu kimi keçmişdən bu günə, bu gündən isə gələcəyə daşıyan arxiv materialları olduqca dəyərlidir. Milli-mənəvi sərvətimizin mühafizə olunduğu arxivlərin əhəmiyyəti isə çox böyükdür. Buna görə də müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə daha ciddi işlər aparılıb. Arxiv materiallarının qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər görülüb. Arxiv materiallarının tədqiqi əsasında yüzlərlə kitab, monoqrafiya, məqalə yazılıb nəşr olunub. Sözügedən dövlət proqramının icrası da muxtar respublikamızda bu istiqamətdə işlərin davamlılığını təmin edir.

Konfransda Ümumi tarix kafedrasının müəllimi, dosent İlham Əliyev “Vətən tarixinin öyrənilməsində arxivlər mənbə kimi”, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşı Cəfər Məmmədhəsənov “İdarə və təşkilatlarda arxiv işinin təşkili”, “Pedaqogika və psixologiya” kafedrasının müdiri Aytən Məmmədova “Arxiv-mənəvi xəzinəmizin saxlanc yeri” mövzularında çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Aynur Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM