Qalaktikamızın mərkəzindəki qara dəliyin təsviri alınıb

Qalaktikamızın mərkəzindəki qara dəliyin təsviri alınıb

Astronomlar bizim qalaktikamızın mərkəzində yerləşən Sagittarius A (Sgr A*) adlı superkütləli qara dəliyin ilk şəklini ictimaiyyətə təqdim edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Sözügedən təsvir “Event Horizon Telescope (EHT) Collaboration” adlı qlobal tədqiqat qrupu tərəfindən hazırlanıb.

Qara dəliyin birbaşa özünü müşahidə etmək mümkün olmasa da, ətrafındakı qazın parlaqlığının və strukturunun dəyişməsi Qalaktikanın mərkəzində Günəşdən 4 milyon dəfə daha massiv qara dəliyin olmasına işarə edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM