Muxtar respublikanın ümumtəhsil məktəblərindən 657 şagird fənn olimpiadasının ilk turunda iştirak edib

Muxtar respublikanın ümumtəhsil məktəblərindən 657 şagird fənn olimpiadasının ilk turunda iştirak edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib.

Fənn olimpiadası 9-11-ci sinif şagirdləri arasında keçirilib. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 657 şagirdin iştirak etdiyi bilik yarışında məktəblilər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla, 8 fənn üzrə biliyini nümayiş etdirib. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanan 25 sual təqdim olunub. Test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt ayrılıb.

Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən hər sinif üzrə hər fəndən ən yüksək nəticə göstərən şagird olimpiadanın ikinci mərhələsinə vəsiqə qazanacaq.

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkarlanması, məktəblilərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Qeyd edək ki, ötən il keçirilən Respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 26-sı qalib olub.

 

                                                             Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM