NTV-nin məlumatına görə, 2024-2025-ci tədris ilində buraxılış imtahanlarında ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri göstərib. Ordubad və Şahbuz rayonlarının şagirdləri də yüksək nəticələrinə görə ölkə üzrə ilk beşlikdə yer alıblar
Dövlət İmtahan Mərkəzinin 2024–2025-ci tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanlarına dair illik hesabatında Naxçıvan məktəblilərinin uğurlu nəticələri xüsusi diqqət çəkib.
XI siniflər üzrə buraxılış imtahanlarında ölkə üzrə ən yüksək orta nəticə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinə məxsus olub (158.37 bal). Eyni zamanda, Ordubad rayonunun şagirdləri də yüksək nəticə göstərərək ölkə üzrə ilk beşlikdə yer alıblar.
IX siniflər üzrə buraxılış imtahanlarında isə Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrinin şagirdləri ölkə üzrə ikinci ən yüksək nəticəni əldə ediblər (143.08 bal). Şahbuz rayonunun məktəbliləri də uğurlu göstəriciləri ilə ölkə üzrə ilk beşlikdə qərarlaşıblar.
