Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik.
NTV xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
“Bu gün uşaqların 50%-i sosial media ilə informasiya əldə edir və bu daha riskli hesab edilir. Dövlət olaraq bunu tənzimləməliyik. Bu qaçılmaz reallıqdır ki, uşaq hansısa dərslik və cəlbedici video kontent arasında qalsa, o video kontentə baxacaq. Növbəti illərdə uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsildən daha çox olacaq və bunu məhdudlaşdıra bilmərik”, - nazir bildirib.
