Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının II mərhələsi keçirilib

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının II mərhələsi keçirilib

Mayın 25-də Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının II mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada 158 şagird iştirak edib və məktəblilərə qapalı test formatında 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün 75 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.

Olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işləri aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM