“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti , “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Naxçıvan Dövlət Universitetində olub - FOTOLAR

“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti , “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Naxçıvan Dövlət Universitetində olub<font color=red> - FOTOLAR</font> “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti , “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Naxçıvan Dövlət Universitetində olub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti , “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Naxçıvan Dövlət Universitetində olub.

Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrsu İsayev qonaqları salamlayıb, onları ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Rektor qonaqlara Naxçıvanın tarixindən danışıb, muxtar respublikanın təhsil ənənələrindən, Naxçıvan Dövlət Universitetinin tarixindən söhbət açıb.

Rektor qeyd edib ki, 5 min illik tarixi olan Naxçıvanda elmin və təhsilin inkişafı Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görünür. Yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına köklənmiş dövlətçilik universitetidir.

“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov bildirib ki, 1998-ci ildə yaradılan və üç dildə (Azərbaycan, rus və ingilis) çıxan jurnal əsasən azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır. “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” jurnalının məqsədi Türk dünyası xalqlarının birliyi, tarixi Vətənimizdən kənarda yaşayan soydaşlarımızın həmrəyliyi, xalqlar və ölkələr arasında dostluq əlaqələrinə nail olmaqdır.

Jurnal “Dədə Qorqud” mükafatının, sülh naminə “Vətən övladı”, “Qızıl ürək” və “Mehriban ana” ordenlərinin təsisçisidir. Jurnalın idarə heyətinin fəxri üzvləri akademiklər, ziyalılar və tanınmış ictimai xadimlərdir.

Jurnalın növbəti sayının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvana həsr olunacağını bildirən Eldar İsmayılov vurğulayıb ki, jurnalda mxutar respublikanın tarixi, maddi-mədəniyyət abidələri, incəsənəti və digər sahələrlə yanaşı təhsil ənənəsi də öz əksini tapacaq. Bu baxımdan junalda Naxçıvan Dövlət Universitetinə də geniş yer veriləcək.

Növbəti sayının Naxçıvana həsr olunması planlaşdırılan jurnalı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə kimi qiyətləndirən Ali təhsil ocağının rektoru Elbrus İsayev qurulan əməkdaşlıqın səmərəli olacağına əminliyini ifadə edib və nəşrin hazırlanmasında Naxçıvan Dövlət Universitetinin dəstəyini göstərəcəyini bildirib.

 

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM